Gürcüstanda xarici agentlər haqqında yeni qanun layihəsi hazırlayır
sizinxeber.az xəbər saytı

Gürcüstanda xarici agentlər haqqında yeni qanun layihəsi hazırlayır


"Gürcü Arzusu" partiyası bu həftə ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act) qanununa oxşar təşəbbüs irəli sürəcək.

"Sizinxeber.az" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanda hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə bildirib.

Xatırladaq ki, Gürcüstanda xarici agentlər haqqında qanun 2024-cü ilin mayında qəbul edilib. ABŞ-dən fərqli olaraq, bu qanun fiziki şəxslərə aid deyil. O, gəlirlərinin 20 %-dən çoxu xaricdən daxil olan qeyri-kommersiya hüquqi şəxsləri və KİV-lərə aiddir. Bu cür təşkilatlar hər il yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərcləri barədə bəyannamə təqdim etməlidirlər. Bu öhdəliyi yerinə yetirmədikləri təqdirdə cərimələnəcəklər.

ABŞ-də qüvvədə olan xarici agentlər haqqında qanun cərimədən əlavə beş ilədək həbs cəzası da nəzərdə tutur.

Oxşar xəbərlər

Gürcüstanda 230-dan çox QHT “xarici agentlər” haqqında qanun çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər