Fransa Avropa sülhməramlılarını Ukraynada yerləşdirməyi təklif edib
sizinxeber.az xəbər saytı

Fransa Avropa sülhməramlılarını Ukraynada yerləşdirməyi təklif edib


Ukraynada yerləşdiriləcək Avropa sülhməramlıları təmas xəttində deyil, onun arxasında yerləşdirilməlidir.

APA xəbər verir ki, Böyük Britaniyanın “Financial Times” qəzetinin mənbələrə istinadən yaydığı xəbərə görə bu təkliflə Fransa çıxış edib.

Parisin təşəbbüsü ilə Ukrayna ilə bağlı təşkil olunan qeyri-rəsmi görüşdə Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka, eləcə də Böyük Britaniyadan nümayəndələr iştirak edib.

Görüş üçün bu ölkələrin nümayəndələri ilə yanaşı, Avropa Komissiyası və Avropa Şurasının prezidentləri, NATO-nun baş katibi də Fransanın paytaxtına gəlib.

Onlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllində Avropa dövlətlərinin iştirak imkanlarını, o cümlədən Fransa, Böyük Britaniya və Polşadan kontingentlərin onun ərazisinə yerləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Böyük Britaniyanın baş naziri Keir Starmer görüşə gəlməzdən əvvəl jurnalistlərə açıqlaması zamanı "Bu, təkcə Ukraynadakı cəbhə xətti ilə bağlı deyil. Bu, Avropa və Böyük Britaniyanın cəbhə xəttidir. Bu, bizim milli təhlükəsizliyimizlə bağlıdır və mən hesab edirəm ki, daha çox iş görməliyik" deyə bildirib.

Oxşar xəbərlər

Aİ liderlərinin Paris görüşü qeyri-rəsmi xarakter daşıyacaq
Zelenski Brüsseldə Avropa liderləri ilə görüşəcək
Rusiya kəşfiyyatı: NATO-nun planına görə Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər