

Rusiya kəşfiyyatı: NATO-nun planına görə Ukrayna Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək
NATO revanş cəhdindən ötrü Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etmək üçün daha çox münaqişənin dondurulmasına meyllənir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin Press Bürosunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, şimal alyansı Ukraynada səfərbər olunmuş milyondan çox ukraynalıya təlim keçmək üçün təlim-məşq mərkəzləri açır.
"NATO qərb hərbi sənaye kompleksindən Ukraynaya sərmayə yatırmağı tələb edir. Ukraynanın döyüş qabiliyyətinini bərpa etmək üçün Qərb bu ölkədə 100 min nəfərə yaxın sülhməramlı adı altında kontingent yerləşdirəcək. NATO-nun planı Ukraynanı işğal etməkdir, Ukraynanın ərazisi Britaniya, Almaniya, Polşa və Rumıniya arasında bölüşdürüləcək. Belə ki, Ukraynanın şimal əraziləri, o cümlədən paytaxt regionu Böyük Britaniyanın zonası, ölkənin mərkəz və şərqi Almaniyanın, qərb vilayətləri Polşanın, Qara dəniz sahili isə Rumıniyanın zonası olacaq. Rusiyaya NATO-nun Ukraynada ümid bəslədiyi belə sülh nizamlanması variantı lazımdırmı sualının cavabı aydındır", - deyə Rusiya xarici kəşfiyyatının yaydığı məlumada bildirilib.
Oxşar xəbərlər
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Narışkin: NATO-nun Ukraynanın uzunmənzilli raketlərlə zərbələrində iştirakı cəzasız qalmayacaq
Kreml: Ukraynanın ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirəcəyini nəzərə alırıq
Rusiya kəşfiyyatı: NATO və Ukrayna Suriyada kimyəvi silahdan istifadə etməklə təxribat hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
