Tbilisidə etiraz aksiyaları davam edir - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Tbilisidə etiraz aksiyaları davam edir - YENİLƏNİB-2


Tbilisidə etiraz aksiyaları davam edir.

Sizinxeber.az-nın “NewsGeorgia”-ya istinadən verdiyi xəbərə görə, hazırda aksiya iştirakçıları Çavçavadze küçəsində, Tbilisi Universitetinin birinci korpusunun qarşısında toplaşıb.

Hələ ki, polislə toqquşma qeydə alınmayıb.

***

saat 07.33

Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.

Sizinxeber.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.

Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.

Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.

Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.

Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.

Oxşar xəbərlər

Tbilisidə etiraz aksiyaları davam edir - VİDEO - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyaları hələ də davam edir - VİDEO - YENİLƏNİB3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər