Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib - YENİLƏNİB
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib. Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
DİN-in məlumatında qeyd olunub ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.
Bəyanatda polis tərəfindən hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.
Xatırladaq ki, ötən gün baş verən polis-vətəndaş qarşıdurması zamanı 100-dən çox etirazçı saxlanılıb.
***
21:50
Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.
Sizinxeber.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.
Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.
Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.
Əldə olunan məlumata görə Tbilisidə Gürcüstan parlamenti yaxınlığında müxalifətin mitinqinin keçirildiyi ərazinin yaxınlığında polisin xüsusi texnikası, o cümlədən su şırnaqları cəmlənib.
Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.
Oxşar xəbərlər
Tbilisidə müxalifətin etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












