Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı etirazçılardan təmizləyib - FOTO - VİDEO - YENİLƏNİB-3
Xüsusi təyinatlılar Tbilisidə parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
***
00:56
Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiya qanundan kənara çıxıb, nümayişçilər infrastruktura ziyan vurur.
Sizinxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, polis vəziyyəti stabilləşdirmək üçün xüsusi vasitələrdən istifadə edib.
Daxili İşlər Nazirliyi vətəndaşları hüquq-mühafizə orqanları əməkdaşlarının göstəriş və tələblərinə tabe olmağa çağırır, əks halda qanuni tədbirlər görüləcək.
***
23:19
Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
***
22:44
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.
***
20:05
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Sizinxeber.az-nın Tbilisi müxbri xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.
Oxşar xəbərlər
Gürcüstan DİN: Tbilisidəki mitinq qanundan kənara çıxıb - FOTO - VİDEO - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə polis etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb - FOTO - VİDEO - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












