Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verib
ABŞ-dan sonra Fransa və Böyük Britaniya da SCALP/ “Storm Shadow” uzaqmənzilli raketləri ilə Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib.
APA xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumat hələlik Fransa və Böyük Britaniya rəsmiləri tərəfindən təsdiq olunmayıb.
Qeyd edək ki, az əvvəl ABŞ prezidenti Co Baydenin də anoloji olaraq Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli ATACMS tipli raketlərdən istifadə etməklə zərbə endirməsinə icazə verdiyi ilə bağlı məlumat yayılmışdı.
SCALP/“Storm Shadow” raketlərinin uçuş məsafəsi ABŞ-ın ATACMS raketlərindən də uzundur. Raketlərin ixrac versiyasının uçuş məsafəsi 290 km, adi versiyaların uçuş məsafəsi isə 560 km-dir.
Qeyd edək ki, əvvəllər Britaniya və Fransanın bu raketləri Ukraynaya ötürdüyü haqda məlumat yayılsa da tam olaraq hansı versiya raketlərin göndərildiyinə dair məlumat verilməmişdi.
Oxşar xəbərlər
Fransa və Böyük Britaniya da Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə icazə verib
Bayden Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketləri ilə zərbə endirməsinə icazə verib
KİV: London və Vaşinqton Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir
KİV: Paris və London da Rusiyaya zərbə endirməyə icazə verib
Yermak: Britaniya və Fransa raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməyə hələ icazə verməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













