KİV: London və Vaşinqton Ukraynanın ABŞ naviqasiyası ilə Britaniya raketlərindən istifadəsini müzakirə edir
ABŞ və Böyük Britaniya hökumətləri Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirməsinə icazə verilməsini müzakirə edirlər. Söhbət ABŞ-nin naviqasiya məlumatları ilə Britaniya qanadlı raketlərinin istifadəsindən gedir.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin mənbələrinin sözlərinə görə, bu məsələ son bir neçə gün ərzində ABŞ dövlət katibi Antoni Blinkenin Londonda və Kiyevdə iştirakı ilə keçirilmiş danışıqların bir hissəsi olub.
Kiyev Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün daha güclü Qərb silahlarında israr edərkən, rəsmi şəxslər Ağ evin Ukraynaya sərhədyanı hücumlarda Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verib-verməyəcəyi barədə danışıblar.
Oxşar xəbərlər
Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib
“Telegraph”: Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər
KİV: Bayden ATACMS raketləri ilə Rusiyanın dərinliklərinin vurulmasına icazə verməyəcək
ABŞ Ukraynanın Rusiyanın dərinliklərini vurmasına icazə veməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













