XİN rəhbəri: Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır
Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə açıqlamasında bildirib.
“Baş nazirin Azərbaycan Respublikasının Prezidenti ilə də görüş keçirmək imkanı olub. Azərbaycan Respublikası bizim xüsusi strateji tərəfdaşımızdır. Bizim çox mühüm ümumi layihələrimiz, bir çox istiqamətlərdə mühüm əməkdaşlığımız var və əminəm ki, bu görüş də ikitərəfli strateji əməkdaşlığımıza yeni təkan verəcək”, - deyə İliya Darçiaşvili bildirib.
XİN başçısı Gürcüstanın bərpa olunan enerji sahəsində əməkdaşlıq etdiyini, bu sahənin Gürcüstan hökumətinin əsas prioritetlərindən biri olduğunu əlavə edib.
“Biz istəyirik ki, ölkə bu istiqamətdə mövcud olan bütün resursları mümkün qədər ardıcıl şəkildə istifadə etsin. Ümumiyyətlə, regionumuzun bu istiqamətdə xüsusi yükü var və biz azərbaycanlı tərəfdaşlarımızla birlikdə Avropanın enerji təchizatının şaxələndirilməsinə töhfə verəcək çox mühüm layihə, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi üzərində işləyirik. Bu konkret layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynamasına töhfə verəcək” - Deyə İliya Darçiaşvili bildirib.
Darçiaşvili Bakıda keçirilən COP29 tədbirinin dünyanın müxtəlif ölkələrindən olan nümayəndə heyətlərinin və liderlərin qlobal çağırışlar haqqında danışması üçün çox mühüm platforma olduğunu vurğulayıb.
“Liderlərin bu formatda riskləri mümkün qədər azaltmalı olan ümumi səylər, ümumi konkret addımlar barədə danışması çox vacibdir. Baş nazir müxtəlif işçi qruplarında iştirak etmək imkanı əldə edəcək və hesab edirəm ki, bu istiqamətdə çox lazımlı və dəyərli müzakirələr aparılacaq. Baş nazir, həmçinin liderlərə müraciət etmək imkanı əldə edəcək, burada digər məsələlərlə yanaşı, iqlim dəyişikliyinin səbəb olduğu müxtəlif çağırışları və riskləri minimuma endirmək üçün ölkəmizin beynəlxalq ictimaiyyətlə birlikdə görəcəyi konkret planlar açıqlanacaq ” - deyə xarici işlər naziri bildirib.
Oxşar xəbərlər
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
