Ərdoğan: Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür
Hazırda türk dövlətləri arasında gələcəkdə ortaq ordu yaratmaq üçün işlər görülmür.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan və Macarıstan səfərlərindən geri dönərkən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, üzv ölkələr arasında imzalanan Mülki Müdafiə Mexanizmi Sazişi regionda təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması istiqamətində mühüm addımdır, lakin bu sazişin birgə ordu istiqamətində genişlənməsi müzakirə olunmur.
Ərdoğan, həmçinin, fəlakət və fövqəladə hallara cavab tədbirlərinin əlaqələndirilməsinin dövlətlər arasında dərin əməkdaşlığı gücləndirəcəyini vurğulayıb: “Bu müqavilənin əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fəlakət və fövqəladə hallarda həmrəyliyini artırmaqdır. Bu həmrəylik bizi fəlakətlərə və fəlakətdən sonrakı proseslərə daha hazırlıqlı edəcək”.
Oxşar xəbərlər
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB
Ərdoğan: Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyirik
Ərdoğan Makronla görüşüb
Ərdoğan və Donald arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
