Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB
Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə edilib.
Sizinxeber.az xəbər verir ki, Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və yeni dövrdə iki ölkə arasında möhkəm dostluğun qurulmasının tərəfdarı olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.
Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.
Bundan əlavə, Prezident Ərdoğan görüş zamanl Paşinyana müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını hədiyyə edib.
***
23:21
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.
Oxşar xəbərlər
Ərdoğan Paşinyanla görüşüb
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
Türkiyə Prezidenti: Azərbaycan-Ermənistan sülh prosesində əldə edilən irəliləyiş bizim münasibətlərə də təsir edəcək
Ərdoğan ABŞ-də Məsud Pezeşkianla görüşüb - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
