Ukrayna XİN “Gürcü Arzusu”nun seçki kampaniyasını qınayıb
Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsinin nəticələrini əks etdirən şəkillərin siyasi reklam kampaniyalarında istifadə edilməsi qəbuledilməzdir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə əlaqədar yaydığı bəyanatda belə qeyd olunub.
“Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyir və yolverilməz hesab edir. Ukrayna Rusiyanın təcavüzünə müqavimət göstərdikcə gürcü xalqı yeni müharibədən qorxa bilməz. Biz Gürcüstan hökumətini, hakim “Gürcü Arzusu” partiyasını və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq”, - bəyanatda qeyd edilib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə “Müharibəyə yox! Sülhü seçin !” şüarlı bannerlər yerləşdirib. Bannerlərdə Ukraynada müharibə nəticəsində baş vermiş dağıntılarla Gürcüstandakı vəziyyət müqayisə olunub.
Oxşar xəbərlər
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
