aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb


Şimali Koreyanın Almaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Sizinxeber.az “DW”a istinadən xəbər verir ki, buna səbəb Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırması ilə bağlı narahatlıq olub.

Almaniya XİN-in bu addımı Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərməsi ilə bağlı şübhəli xəbərlərdən sonra atılıb.

“Əgər Şimali Koreya qoşunları ilə bağlı yayılan xəbərlər doğrudursa və Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini qoşun göndərməklə dəstəkləyirsə, bu, ciddi və beynəlxalq hüquqa zidd addım olardı”, - Almaniya XİN-in “X” platformasındakı açıqlamasında bildirilib.

Oxşar xəbərlər

Cənubi Koreya kəşfiyyatı: Şimali Koreya Rusiyaya 12 min əsgər göndərəcək
NATO Baş katibi: Şimali Koreyanın Ukraynaya qoşun göndərməsi “əhəmiyyətli eskalasiya” yaradacaq
Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırılıb
Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir
Şimali Koreya Cənubi Koreya ilə əlaqəli avtomobil və dəmir yollarını bağlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər