Fransa seçicilərinin yarısı Makrona qarşı impiçment planını dəstəkləyir
Fransa seçicilərinin yarısı sol müxalifətin Emmanuel Makronu prezident səlahiyyətlərindən məhrum etmək üçün impiçment tələb edən qətnaməni parlamentə təqdim etmək niyyətini dəstəkləyir.
Sizinxeber.az xəbər verir ki, bunu BFMTV kanalının sifarişi ilə Elabe sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Sorğuda iştirak edənlərin 49%-i “Tabe Olmayan Fransa” partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib. Onların 50%-i isə bunun əleyhinə çıxıb.
Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı min Fransa sakini arasında onlayn rejimdə aparılıb.
Solçu müxalifətin nümayəndələrinin dövlət başçısının impiçmenti üçün müraciət etmək istəyinin səbəbi, Makronun namizədliyi Yeni Xalq Cəbhəsi alyansı tərəfindən irəli sürülən iqtisadçı Lüsi Kasteni baş nazir postuna təyin etməməsidir.
Respondentlərin 63%-i növbədənkənar seçkilərdən 7 həftə keçməsinə baxmayaraq Fransada yeni hökumətin formalaşmamasında prezidenti və onun tərəfdarlarını günahlandırır.
74% iştirakçı isə əmindir ki, impiçment cəhdi istənilən nəticəyə gətirib çıxarmayacaq.
Oxşar xəbərlər
Fransa Ukraynaya 150 PUA və altı "Caesar" haubitsası göndərməyi planlaşdırır
Fransa Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb
Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər
Gürcüstan Prezidenti Saakaşvilinin əfvi məsələsini nəzərdən keçirir
Altıqat Fransa çempionu "Bordo" üçüncü diviziona göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












