Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Ukrayna istənilən formatda görüşlərə və danışıqlara hazırdır.
APA "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, qeyd edib ki, mayın 10-da Kiyevdə keçirilmiş "İstəkli ölkələr koalisiyası" sammitindən sonra ABŞ Prezidenti Donald Trampla aparılmış telefon danışığı yaxşı, müsbət və konkret olub.
“Bizim ümumi mövqeyimiz budur ki, ən azı 30 gün müddətinə dərhal, tam və qeyd-şərtsiz atəşkəs təmin olunmalıdır. Təklif edirik ki, bu atəşkəs mayın 12-si, bazar ertəsindən başlasın. Rusiya tərəfindən cavab gözləyirik. Bu təklif hələ Səudiyyə Ərəbistanında keçirilmiş danışıqlardan qüvvədədir. Həmin vaxt onu ilk dəfə ABŞ irəli sürmüşdü,” – Zelenski vurğulayıb.
Oxşar xəbərlər
Tramp: Zelenski danışıqlara hazırdır
Zelenski: Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
Zelenski: Ukrayna 30 günlük atəşkəsə hazırdır - YENİLƏNİB
Zelenski Trampın Putinlə telefon danışığına münasibət bildirib
Zelenski: ABŞ Rusiyanı atəşkəs təklifini qəbul etməyə inandırmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
