ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
11:00
ff aaaaaaa

ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"

09 in, 2026
11:00
952

ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"

Rəqəmsal transformasiya Türk dövlətləri arasında maliyyə inteqrasiyasını gücləndirir.

"Report" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlənməsi, ödəniş sistemləri ekosistemində yeni texnologiyaların tətbiqi, Ani Ödəniş Sistemlərinin genişlənməsi, eləcə də rəqəmsal bankçılıq və innovativ maliyyə həlləri Türk dövlətləri arasında maliyyə inteqrasiyası üçün yeni imkanlar yaradır: "Təbii ki, hər bir dövlətin və hər bir üzv təşkilatın maliyyə imkanları bu prosesdə mühüm rol oynayır. Bu ilin aprel ayına olan göstəricilərə əsasən, bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 % artaraq 57,4 milyard manata çatıb. Bu artım bank sektorunun ümumi maliyyə tutumunun genişləndiyini və iqtisadiyyata vasitəçilik rolunun daha da gücləndiyini göstərir".

O qeyd edib ki, kredit portfelində də müsbət dinamika müşahidə olunmaqdadır: "Belə ki, bank sektorunun cəmi kredit portfeli 8,9 % artaraq 30,6 milyard manata çatıb. Xüsusilə biznes kreditlərinin həcmi artaraq 16,3 milyard manata yüksəlib. Real sektorun maliyyələşməsi kontekstində aqrar sektor da xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul