Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir
sizinxeber.az xəbər saytı

Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir


Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.

Volodimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran rejimi həmin dronlardan ABŞ bazalarına və Yaxın Şərqdə İranın qonşularına qarşı istifadə edib. Ukrayna ilə bölüşülən kəşfiyyat məlumatları İran dronlarında bəzi detalların Rusiya istehsalı olduğunu təsdiqləyir”.

Oxşar xəbərlər

Zelenski: Sentyabrda Rusiya Ukraynaya qarşı 640-dan çox “Şahed” pilotsuz təyyarəsindən istifadə edib
Zelenski: Rusiya ötən gecə 103 "Şahed" dronu ilə Ukraynaya hücum edib
Ukrayna Həştərxan limanında İrandan "Şahed" PUA-ları üçün hissələr daşıyan gəmini vurub
Zelenski: Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər