sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir
Çin Rusiya Federasiyasına Ukrayna ilə müharibədə istifadə olunması üçün silah tədarük edir. Kiyev bu əməkdaşlıqla bağlı müvafiq məlumatlar əldə edib.
APA “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.
“Çox xoş olmayan, lakin vacib bir məlumat almışıq. Çin Xalq Respublikasının Rusiya Federasiyasına silah tədarük etdiyi barədə məlumat əldə etmişik. Hazırda bizdə Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyatın barıt və artilleriyanın göndərilməsinə dair məlumatı var”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, bu məsələ ilə bağlı daha ətraflı məlumat gələn həftə ictimaiyyətə açıqlanacaq.
Oxşar xəbərlər
Trampın müşaviri Uitkoff Putinin tərəfinə keçib - Zelenski
Zelenski: Ukrayna və ABŞ aprelin 17-də yeraltı sərvətlərlə bağlı memorandum imzalaya bilər
Zelenski: Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib
Ərdoğan Zelenski ilə görüşüb
Zelenski Ukraynanın mümkün qədər tez sülh istədiyini deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













