İsrail ordusunun Qəzzaya hücumu zamanı 13 nəfər həlak olub, onlarla insan yaralanıb
İsrailin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 13 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
Sizinxeber.az xəbər verir ki, məlumatı Fələstinin WAFA agentliyi yayıb.
Məlumatda bildirilir ki, raketlərdən bir neçəsi köçkün ailələrin müvəqqəti məskunlaşdığı çadır düşərgəsinə də tuş gəlib.
Zərbələr şəhərin bir neçə məntəqəsini, xüsusilə Batn əs-Səmin ərazisini hədəf alıb. Hücumlar zamanı İsrailə məxsus pilotsuz uçuş aparatlarından da istifadə olunub.
Xatırladaq ki, martın 18-dən etibarən İsrail ordusu Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb. Baş nazir Benyamin Netanyahunun ofisi bu addımı HƏMAS-ın ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəfindən irəli sürülən təklifləri qəbul etməməsi ilə əlaqələndirib.
Rəsmi Təl-Əviv əməliyyatların əsas məqsədinin anklavda saxlanılan israilli girovların azad olunması olduğunu bildirib.
HƏMAS isə hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıb.
Oxşar xəbərlər
İsrailin hava hücumunda azı 45 nəfər həlak olub
Qəzzanın cənubunda hava hücumları nəticəsində 13 fələstinli həlak olub
İsrailin hava zərbəsi nəticəsində Qəzzada 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb
İsrailin zərbələri nəticəsində Qəzzada 22 nəfər həlak olub
KİV: Qəzzanın şimalındakı Cəbəliyə qəsəbəsinə hücum zamanı 30-a yaxın fələstinli ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













