Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb - YENİLƏNİB
Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb.
APA xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
"Exit-poll"un nəticələrinə görə, seçkilərdə müxalif Demokratik Birləşmiş Partiyasının namizədi Li Jae-Munq liderlik edir.
Debatlar zamanı o, Rusiya və Çinə qarşı hədsiz düşmənçiliyə qarşı çıxıb, ABŞ-la ittifaqı Seulun xarici siyasətinin əsası adlandırıb.
***
10:23
Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.
APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.
Prezidentliyə namizədlər sırasında ən böyük müxalif partiya - Demokratik Partiyanı təmsil edən Li Jae-myung, hakim Xalq Gücü Partiyasının namizədi Kim Mun-Soo, Yeni İslahat Partiyasından Li Cun-Suk, Demokratik Fəhlə Partiyasından Kvon Yonq-quk, eləcə də müstəqil namizədlər – keçmiş Baş nazir Hvanq Kyo-ahn və iş adamı Jin Ho Son yer alır.
Milli Seçki Komissiyasının məlumatına əsasən, yerli vaxtla saat 11:00-a əsasən seçici fəallığı 18,2 faiz təşkil edib və artıq 8 milyondan çox seçici səs verib.
Qeyd edək ki, növbədənkənar seçkilər keçmiş prezident Yoon Suk-Yeolun dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdindən sonra, dekabrın 14-də impiçment elan edilməsinə görə keçirilir.
Bu, 1948-ci ildən bəri Cənubi Koreyada keçirilən 21-ci prezident seçkisidir.
Oxşar xəbərlər
Cənubi Koreyada iyunun 3-də prezident seçkilərinin keçirilməsi planlaşdırılər
Cənubi Koreyada prezidentliyə 7 namizəd seçki kampaniyasına başlayıb
Cənubi Koreyada prezidentə qarşı impiçment ayın 7-si keçiriləcək
Pakistanda Azərbaycandakı prezident seçkiləri üzrə səsvermə başa çatıb
Albaniyada parlament seçkiləri keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













