Yaponiya Vaşinqtonla tarif danışıqlarında "rıçaq" kimi Amerika dövlət istiqrazlarından istifadə edə bilər
Yaponiya hökuməti ABŞ-la gömrük tarifləri üzrə aparılan danışıqlarda güclü "rıçaq" kimi Vaşinqtonun dövlət istiqrazlarına malik olmasını nəzərdən keçirir.
APA xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Katsunobu Kato milli televiziyanın efirində bəyan edib.
“Yaponiya ABŞ-ın dövlət istiqrazlarına sahibdir, bu bir faktdır. Bizim bütün kartlarımızı masaya qoyaraq danışıqlar aparmağımız tamamilə təbiidir”, – deyə Kato bildirib.
Nazirin sözlərinə görə, Tokio Tramp administrasiyasına təsir göstərmək üçün ABŞ maliyyə bazarlarının sabitliyinə təsir imkanlarından istifadə edə bilər.
Qeyd edək ki, Yaponiya ABŞ dövlət istiqrazlarının ən böyük sahibidir – bu ölkənin portfelində 1 trilyon dollardan çox dəyərində qiymətli kağız var. Siyahının ikinci pilləsində isə 759 milyard dollarla Çin qərarlaşıb.
Oxşar xəbərlər
Yaponiya ABŞ-ın rüsum siyasətinə cavab vermək niyyətindədir
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Belarusda Yaponiya kəşfiyyatının əməkdaşı saxlanılıb
Yaponiya hava məkanını pozan Çinə görə döyüş təyyarələri qaldırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













