Yaponiya ABŞ-ın rüsum siyasətinə cavab vermək niyyətindədir
Yaponiya hökuməti Vaşinqtonun avtomobil idxalına 25% rüsum tətbiq etməsinə cavab vermək üçün bütün variantları araşdıracaq.
Sizinxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı ölkənin baş naziri Şiqeru İşiba deyib.
"Biz müvafiq cavab barədə düşünməliyik. Təbii ki, biz bütün mümkün variantları nəzərdən keçirəcəyik", - o bildirib.
İşiba vurğulayıb ki, Yaponiya ABŞ iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırıb və xeyli sayda iş yerləri yaradıb.
"Yaponiya ABŞ-a ən çox sərmayə qoyan ölkədir. Ona görə də biz düşünürük ki, həqiqətənmi bütün ölkələrə də eyni münasibət göstərilməlidir?", - o əlavə edib.
Qeyd edək ki, avtomobil sənayesi Yaponiya iqtisadiyyatının əsaslarından biri hesab olunur. Ona görə də ölkədə ən çox narahatlığa səbəb bu məhsulların idxal rüsumlarıdır.
Oxşar xəbərlər
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətindədir
Yaponiya Baş naziri qəzaya düşüb
Kreml: Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dost mövqe tutur
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Yaponiya İndoneziyaya patrul katerləri verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













