ABŞ son 24 saatda İsrailə böyük miqdarda silah və sursat daşıyıb
sizinxeber.az xəbər saytı

ABŞ son 24 saatda İsrailə böyük miqdarda silah və sursat daşıyıb


Son 24 saatda ABŞ hərbi hava qüüvələrinə aid doqquz yük təyyarəsi Fələstin torpaqlarının cənubundakı Nevatim hərbi bazasına böyük miqdarda silah və sursat daşıyıb.

APA xəbər verir ki, bu haqda İsrail Yayım Korporasiyası (KAN) məlumat yayıb.

Nevatim bazasına gətirilən və bunkerlərin partladılmasında istifadə olunan yüzlərlə xüsusi raketin ABŞ və İran arasında aparılan danışıqların nəticəsiz qalması halında ABŞ-ın İranın nüvə obyektlərinə hücumu üçün göndərildiyi iddia edilir.

Bu raketlərin ABŞ-ın Avropa və Yaxın Şərqdəki bazalarından İsrailə göndərildiyi bildirilir.

“The New York Times” (NYT) qəzeti dərc etdiyi xəbərdə İsrail administrasiyasının bu ilin may ayında İranın hərbi bazalarına və nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını, lakin ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar üçün bu variantı əvvəlcə dəstəkləmədiyini iddia edib.

Oxşar xəbərlər

KİV: İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır
KİV: İran İsrail hərbi bazasına zərbələr endirib, 20 ədəd təyyarə vurulub
İran KİV: İsrail hərbi bazasına zərbələr endirilib, 20 ədəd təyyarə vurulub
Netanyahu İrana üçüncü hücumu müzakirə etmək üçün iclas keçirib
Ağ Ev: Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər