Xamenei ABŞ-la danışıqlara dair nə çox nikbin, nə də bədbindir
Omanda ABŞ-la aparılan müzakirələr İran Xarici İşlər Nazirliyinin (XİN) çoxsaylı diplomatik səylərindən yalnız biridir.
APA xəbər verir ki, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranla Vaşinqton arasında aparılan danışıqların ilk mərhələsini şərh edərkən bildirib.
“Omanda ABŞ-la danışıqlar XİN-in çoxsaylı diplomatik səylərindən yalnız biridir. Milli məsələləri bu danışıqlara bağlamayın. Biz nə həddən çox nikbin, nə də bədbinik. Qarşı tərəfə çox şübhə ilə yanaşırıq, lakin öz imkanlarımıza da arxayınıq”, - İranın Ali Rəhbəri qeyd edib.
Xameneinin sözlərinə görə, danışıqlarda hər iki tərəf üçün “qırmızı xət”lər aydındır və bu prosesin nəticə verib-verməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların ilk raundu aprelin 12-də Maskatda Oman xarici işlər nazirinin evində aparılıb. Danışıqlara İran XİN rəhbəri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonla Tehran arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Tehran-Vaşinqton danışıqlarının növbəti raundu aprelin 19-da Omanda davam etdiriləcək.
Oxşar xəbərlər
ABŞ-İran danışıqlarının növbəti raundu Avropada keçiriləcək
ABŞ-İran danışıqlarının növbəti raundu aprelin 19-da keçiriləcək
İran XİN: ABŞ ilə danışıqların ikinci mərhələsi Omanda keçiriləcək
Rusiya Omanda ABŞ və İran arasında təmasları alqışlayır
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













