Rusiya Omanda ABŞ və İran arasında təmasları alqışlayır
Rusiya, şübhəsiz ki, ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılmasına töhfə kimi alqışlayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın danışıqlar prosesinin başlanmasına dəstək verib-verməməsi ilə bağlı suala cavabında bildirib.
“Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi və diplomatik tədbirlərlə həllinin tərəfdarıyıq. Əgər belədirsə, bunu yalnız alqışlamaq olar. Biz bilirik ki, Omanda müəyyən birbaşa və dolayı təmaslar planlaşdırılır. Əlbəttə ki, bu, yalnız müsbət qarşılana bilər, çünki bu, İran ətrafında gərginliyin azalmasına gətirib çıxara bilər", - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İran və ABŞ rəsmiləri Omanda danışıqlar aparacaq
Kreml: İranın nüvə dosyesi istisnasız dinc yolla həll edilməlidir
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək
KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
