Tacikistanda baş verən zəlzələdə uşaq ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Tacikistanda baş verən zəlzələdə uşaq ölüb - YENİLƏNİB


Tacikistanın Rəşt vilayətinin kəndlərindən birində yerli vaxtla saat 09:24-də respublika ərazisində baş verən zəlzələ nəticəsində üç yaşlı uşaq ölüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə TASS-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.

"Rəşt rayonunun kəndlərindən birində yaşayış binasının divarının uçması nəticəsində dağıntılar altından 1 uşaq tapılıb və o, ölüb", - mənbə bildirib. Mərkəzdən bildirilib ki, uşağın üç yaşı var. Zəlzələnin episentri - Rəşt bölgəsində yeraltı təkanların gücü 5 bal, Düşənbədə isə 3 bal olub.

***

12:50

Tacikistanın Rəşt rayonunda baş vermis 5,9 maqnitudalı zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Rəşt rayonu olub. Orada zəlzələnin gücü 5 bal, paytaxt Düşənbədə isə 4 bal təşkil edib.

Qeyd edək ki, yeraltı təkanlar qonşu ölkələrdə də hiss edilib.

Oxşar xəbərlər

Tacikistanda zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb
Qazaxıstanda zəlzələ qeydə alınıb
Tacikistanda 5 maqnitudalı zəlzələ olub
Myanmada güclü zəlzələ nəticəsində azı 25 nəfər ölüb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər