Qazaxıstanda zəlzələ qeydə alınıb
sizinxeber.az xəbər saytı

Qazaxıstanda zəlzələ qeydə alınıb


Qazaxıstanın cənub bölgəsində yerli vaxtla saat 09:23-də (Bakı vaxtı ilə 07:23) 3 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəlzələnin episentri Almatı şəhərindən 673 km cənub-qərbdə, Tacikistan ərazisində yerləşib.

Yeraltı təkanların hiss olunduğu bölgələr

Zəlzələ nəticəsində Şımkent və Taraz şəhərlərində 3 bal, Türküstan şəhərində isə 2 bal gücündə yeraltı təkanlar hiss olunub. Ətraf yaşayış məntəqələrində də təkanlar 2-3 bal gücündə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Türkiyədə güclü zəlzələ baş verib
Qazaxıstanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb
Ermənistanın Spitak şəhəri yaxınlığında zəlzələ olub, Gürcüstanda da hiss olunub - YENİLƏNİB-1
Alyaskada 5,8 maqnitudalı zəlzələ baş verib
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle