KİV: Qəzzada xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb
sizinxeber.az xəbər saytı

KİV: Qəzzada xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb


Qəzza zolağındakı xəstəxanalar ciddi dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzə qalıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin məlumatına görə, Qəzza xəstəxanalarında əsas dərman ehtiyatları tamamilə tükənib. Xüsusilə, birinci dərəcəli tibbi ləvazimatların 59%-i, xərçəng və qan xəstəliklərinə qarşı dərmanların isə 54%-i qurtarıb.

Hazırda 80 mindən çox şəkərli diabet xəstəsi və yüksək qan təzyiqindən əziyyət çəkən 110 min şəxs həyati vacib dərmanları ala bilmir.

Qəzza Səhiyyə Nazirliyi bu böhranın əsas səbəbinin İsrailin anklava giriş məntəqələrini bağlaması, xəstəxana və klinikalar üçün nəzərdə tutulan humanitar, o cümlədən tibbi yardımların qarşısını alması olduğunu bildirib.

Oxşar xəbərlər

ÜST rəhbəri: Qəzzanın şimalında fəlakətli vəziyyət yaranıb
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq
Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb - FOTO
Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir
Fələstin Səhiyyə Nazirliyi: Münaqişə başlayandan bəri Qəzzada 500 həkim ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle