Çin hərbçilərinin Ukraynada müharibədə iştirakını təkzib edib
sizinxeber.az xəbər saytı

Çin hərbçilərinin Ukraynada müharibədə iştirakını təkzib edib


Çin Ukrayna münaqişəsində iştirak etmək üçün öz hərbi personalını göndərməyib.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian açıqlama verib.

Onun sözlərinə görə, Çin Ukrayna tərəfi ilə bu məsələ ilə bağlı müvafiq məlumatları yoxlayır.

XİN sözçüsü Çin vətəndaşlarını silahlı münaqişə zonalarından uzaq durmağa və müharibələrdə iştirakdan çəkinməyə çağırıb: “Çin hökuməti həmişə öz vətəndaşlarından silahlı münaqişə bölgələrindən uzaq durmağı və istənilən formada silahlı münaqişələrə cəlb edilməməyi istəyib”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.

Oxşar xəbərlər

Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib
Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
Kreml Ukrayna hərbçilərinin Belqorodda olmasına dair məlumatları şərh etməyib
Rusiya XİN ölkə vətəndaşlarını ABŞ-yə səfərdən çəkinməyə çağırıb
Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər