Çinin müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
Çinin müvəqqəti işlər vəkili Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Nazir qeyd edib ki, Ukrayna Çin hərbi qulluqçularının Ukraynaya qarşı müharibədə iştirakını pisləmək və izahat tələb etmək üçün müvəqqəti işlər vəkilini çağırıb: “Biz Rusiyanın Çin vətəndaşlarının Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsində iştirakını, habelə onların Ukrayna qüvvələrinə qarşı döyüşlərdə iştirakını qətiyyətlə pisləyirik. Biz bu faktı pisləmək və izahat tələb etmək üçün Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmışıq”.
Nazirin sözlərinə görə, “Ukraynada Rusiyanın işğalçı ordusunun tərkibində döyüşən Çin vətəndaşları Çinin elan etdiyi sülh mövqeyini şübhə altına alır və Pekinin BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi etibarını sarsıdır”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib.
Oxşar xəbərlər
Ukrayna və Ermənistan XİN rəhbərləri görüşüb
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib
Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
İranın müvəqqəti işlər vəkili Fransa Xarici İşlər Nazirliyinə çağırılıb
Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













