Özgür Özəl yenidən CHP sədri seçilib- YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Özgür Özəl yenidən CHP sədri seçilib- YENİLƏNİB-1


Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.

APA-nın xəbərinə görə, qurultayda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna seçki olub.

Özgür Özəl yenidən CHP sədri seçilib.

***

saat 13.50

Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.

APA-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən topladığı imzaları gec təqdim etdiyi üçün namizəd olmayıb.

Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.

Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.

***

saat 13.05

Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.

APA-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutur.

Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.

Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.

Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.

Oxşar xəbərlər

CHP-nin növbədənkənar qurultayında Özgür Özəl sədr postuna yeganə namizəd olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
CHP-nin növbədənkənar qurultayı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
CHP fövqəladə qurultay keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
CHP sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər