CHP-nin növbədənkənar qurultayı keçirilir
sizinxeber.az xəbər saytı

CHP-nin növbədənkənar qurultayı keçirilir


Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.

Sizinxeber.az-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutur.

Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.

Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.

Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.

Oxşar xəbərlər

Moskvada “Vahid Rusiya” partiyasının XXII qurultayı keçirilib
KİV: Demokratlardan prezidentliyə namizəd avqustun 7-dək müəyyənləşəcək
Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
Ədalət Partiyasının qurultayı keçiriləcək, yeni sədr seçiləcək
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle