İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 23 fələstinli həlak olub
sizinxeber.az xəbər saytı

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 23 fələstinli həlak olub


İsrail ordusunun Ramazan bayramının üçüncü günü Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında uşaqların da olduğu 23 fələstinli həlak olub.

Sizinxeber.az xəbər verir ki, son sutka ərzində İsrail ordusu Deyr əl-Bələh, Xan Yunis, Rəfah bölgələrinə və Qəzza şəhərinin müxtəlif bölgələrini vurub.

Hücumlarda çoxlu sayda fələstinlinin yaralandığı bildirilsə də, yaralıların sayı barədə məlumat verilməyib.

Fələstinin Səhiyyə Nazirliyinin verdiyi son açıqlamaya görə, İsrail ordusunun hücumları bərpa etməsindən sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1042-dən çox fələstinli həlak olub, 2542-dən çox insan isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı 50 min 399-a, yaralıların sayı isə 114 min 583-ə yüksəlib.

Oxşar xəbərlər

İsrail ordusunun zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr 34 nəfərin həyatına son qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada İsrailin hücumları nəticəsində ölənlərin sayı 47161 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər