İsrailin Qəzzaya endirdiyi zərbələr 34 nəfərin həyatına son qoyub
sizinxeber.az xəbər saytı

İsrailin Qəzzaya endirdiyi zərbələr 34 nəfərin həyatına son qoyub


İsrailin hava hücumları nəticəsində son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində azı 34 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələrini atəşə tutması, bombalaması və basqınları zamanı azı 34 fələstinli həlak olub.

Qəzza zolağının Səhiyyə Nazirliyi bildirir ki, İsrailin 2023-cü ilin oktyabrından bu yana bölgəyə hücumları nəticəsində ölənlərin ümumi sayı 50 357 nəfərə çatıb, 114 400 nəfər isə yaralanıb.

Atəşkəs razılaşmasının müddətinin başa çatmasından sonra İsrailin anklavda döyüşləri bərpa etdiyi 2025-ci il martın 18-dən bu yana bölgədə 1000-dən çox insan həlak olub, 2359 nəfər isə yaralanıb.

Oxşar xəbərlər

İsrailin hava hücumları nəticəsində Qəzzada bir günə 64 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin zərbələri nəticəsində 55 fələstinli, 71 livanlı həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 39 fələstinli ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər