İstanbulda Rusiya-ABŞ görüşü keçirilir - FOTO
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir.
Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək. Onun sözlərinə görə, danışıqlarda hər iki ölkənin diplomatik nümayəndəliklərinin işi ilə bağlı məsələlər müzakirə olunacaq. Lavrov qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.
Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.
Oxşar xəbərlər
Rusiya və ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva Lavrov-Mirzoyan danışıqlarının bəzi detallarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












