BMT: 270 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb
Suriyada rejimin devrilməsindən sonra 270 min qaçqın öz ölkəsinə qayıdıb. Qaçqınların dörddə birindən çoxu isə həyatlarını bərpa etmək üçün növbəti 12 ay ərzində geri qayıtmağı planlaşdırır.
APA xəbər verir ki, bu haqda məlumatı Birləşmiş Millətlər Təşkilatı yayıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəsi Qonzalo Varqas Llosa suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı açıqlama verib.
Qaçqınların geri qayıtması ilə bağlı apardıqları son sorğunun məlumatlarını paylaşan Llosa, Əsəd rejiminin süqutundan bu yana 270 min suriyalı qaçqının öz ölkəsinə qayıtdığını deyib.
Geri qayıtmaq üçün ən böyük maneələrin mövcud mənzil və mülkiyyət hüquqları, təhlükəsizlik, əsas xidmətlərə çıxış və iqtisadi çətinliklərlə bağlı narahatlıqların olduğunu qeyd edən Llosa, qaçqınların 60 %-dən çoxunun geri qayıtmaq üçün yekun qərar vermədən əvvəl Suriyaya səfər etmək istədiklərini bildirib.
Oxşar xəbərlər
Son üç gündə 4 min iranlı Suriyadan geri qayıdıb
Əsəddən sonra 200 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb
Almaniya ölkələrinə qayıdan suriyalılara maliyyə dəstəyi verəcək
Türkiyənin xarici işlər naziri: "Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ləğv edilməlidir"
Norveç ukraynalılara sığınacaq verməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
