HAMAS daha 3 israilli girovu azad edəcək
HAMAS daha 3 israilli girovu sabah azad edəcək.
APA “Jerusalem Post”a istinadən xəbər verir ki, HAMAS girovları Yarden Bibas, Ofer Kalderon və Keith Samuel Siegel-i şənbə günü Qəzza əsirliyindən azad ediləcəyi gözlənilən üç girov kimi adlandırıb.
Bundan əvvəl Baş Nazirlik İsrailin azad edilməli olan girovların siyahısını aldığını bildirib.
Siyahı Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani tərəfindən Mossad rəhbəri David Barneaya təhvil verilib.
Cümə axşamı Arbel Yehud və Gadi Mosesin azad edilməsi zamanı baş verən xaotik səhnələrdən sonra İsrailin belə hadisələrin bir daha təkrarlanmayacağına dair zəmanət aldığı bildirilir.
İsrail hökuməti həmçinin xəbərdarlıq edib ki, oxşar pozuntular baş verərsə, şənbə günü Rəfah sərhəd keçidinin məhdud şəkildə yenidən açılmasını təxirə sala bilər.
Oxşar xəbərlər
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS-ın 3 israilli girovu azad edəcəyi vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS 3 israilli qadın girovu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər XİN: HƏMAS israilli girov Arbel Yehudu yanvarın 31-dək azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS yanvarın 19-da üç israilli girovu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












