HAMAS 3 israilli qadın girovu azad edib
sizinxeber.az xəbər saytı

HAMAS 3 israilli qadın girovu azad edib


HAMAS 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə "Yerusalem Post" məlumat yayıb.

Grovlar Qəzzada Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, Qəzza zolağında atəşkəsə dair razılaşma bu gün yerli vaxtla saat 08.30-da qüvvəyə minməli olsa da, saat 11.15-ə təxirə salınıb. HAMAS tərəfindən azad ediləcək girovların siyahısı təqdim edilmədiyi üçün İsrail Baş naziri Binyamin Netanyahu Orduya HAMAS-a zərbələri davam etdirmək göstərişi verib. Siyahının texniki səbəblərdən gecikdiyini açıqlayan HAMAS-ın siyahını təqdim etməsindən sonra saat 11.15-də Qəzza zolağında atəşkəs qüvvəyə minib.

HAMAS bu gün yerli vaxtla saat 16.00-da 3 israilli qadın girovu - Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

HAMAS-ın 3 israilli girovu azad edəcəyi vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp israilli girovların azad edilməsinin gözlənilməsini alqışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS İsrailin azadlığa buraxmalı olduğu 90 fələstinli məhbusun siyahısını gözlədiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada atəşkəsin təxirə salındığı müddətdə 19 nəfər ölüb, 36 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər