Rusiya XİN Cənubi Koreyada olan vətəndaşlarına müraciət edib
Cənubi Koreyada hərbi vəziyyətin elan olunması ilə əlaqədar Rusiya bu ölkədə olan vətəndaşlarına müraciət edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Koreya Respublikasının Prezidenti Yun Seok Yeol tərəfindən hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar olaraq bu ölkədə olan vətəndaşlarını sakitliyi qoruyub saxlamağa, hakimiyyətin tövsiyələrinə əməl etməyə və kütləvi tədbirlərdə, xüsusən də xüsusilə siyasi istiqamətlə olan kütləvi tədbirlərdə iştirakdan çəkinməyə çağırıb.
Bildirilib ki, Rusiyanın Seuldakı səfirliyi vəziyyətin inkişafını izləyir. Rusiya vətəndaşlarına fövqəladə vəziyyətlə üzləşdikdə səfrliyin qaynar xətti ilə əlaqə saxlamaq tövsiyə olunub.
Oxşar xəbərlər
Rusiya XİN vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
Rusiya XİN ölkə vətəndaşlarını Abxaziyaya səfərdən çəkinməyə çağırıb
Cənubi Koreyada hərbi vəziyyət elan edilib
Ermənistan XİN də vətəndaşlarını Livana səfər etməməyə çağırıb
Rusiyanın Tehrandakı səfirliyi ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













