“Hizbullah” informasiya xidmətinin rəhbərinin ölümünü təsdiqləyib
“Hizbullah” İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nabaa bölgəsinə hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.
Sizinxeber.az xəbər verir ki, bu haqda “Hizbullah”ın rəsmi “Telegram” kanalında yayımlanan bəyanatındada məlumat verilib.
“Məhəmməd Afif öz iradəsi ilə döyüş yoldaşları və ata deməyi sevdiyi böyük şəhid Həsən Nəsrullaha qoşuldu.”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl “Əl-Cədid” telekanalı Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Afifin ölümü haqda məlumat yaymışdır.
Afif 2014-cü ildən təşkilatın informasiya xidmətinə rəhbərlik edib. O, “Hizbullah”ın yayım şəbəkəsi olan “Əl Manar” telekanalı, “Nur” radiostansiyası və “Əl-Əhed News” xəbər portalının işinə nəzarət edirdi.
Oxşar xəbərlər
Əl-Cədid: Hizbullah sözçüsü İsrailin hücumu nəticəsində öldürülüb
“Hizbullah” İsrail ərazisini raket atəşinə tutub
“Hizbullah”, Fuad Şükrün öldürüldüyünü təsdiqləyib
“Hizbullah” PUA-ları İsrailin HHM bazasına hücum edib
“Hizbullah” İsrail hərbçilərini vurduğunu açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
