Netanyahunun ofisi Halevinin vəzifəsindən azad edilməsi ilə bağlı xəbərləri təkzib edib
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Yoav Qalantın müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra Netanyahunun İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da istefaya göndərmək niyyətində olduğuna dair xəbərləri təkzib edib.
Sizinxeber.az xəbər verir ki, bu haqda məlumat Baş nazirin ofisinin yaydığı bəyanatda öz əksini tapıb.
“Baş nazirin təhlükəsizlik qüvvələrində yüksək rütbəli məmurları işdən çıxarmaq niyyətində olduğu barədə xəbərlər həqiqətə uyğun deyil və nifaq və təfriqə salmaq məqsədi daşıyır”, - bəyanatda deyilir.
Qeyd edək ki, Netanyahunun Halevi və Barı vəzifədən azad etmək niyyətində olduğu haqda məlumatı “Walla” portalı baş nazirə yaxın mənbələrə istinadən yaymışdı.
Oxşar xəbərlər
Netanyahu Təl-Əvivdə təhlükəsizlik rəhbərləri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya BCM-in Netanyahunun həbsinə order verməsinə etiraz etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun ofisi İsrailin Fələstin dövlətinin tanınması ilə bağlı xəbəri təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Netanyahu müdafiə naziri və Baş Qərargah rəisini istefaya göndərməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Netanyahu müdafiə nazirini istefaya göndərməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












