Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb
sizinxeber.az xəbər saytı

Avropada qazın qiyməti iyunda 6,2% ucuzlaşıb


Avropada təbii qazın orta birja qiyməti iyun ayında may ayı ilə müqayisədə 6,2% azalaraq hər min kubmetr üçün 535,3 ABŞ dolları təşkil edib.

Bu barədə “Sizinxeber.az-Economics” Londonun ICE birjasının məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat verir.

Məlumata görə, Avropanın ən böyük qaz habı olan Niderlanddakı TTF indeksi üzrə ən yaxın fyuçerslərin orta hesablaşma qiyməti hər min kubmetr üçün 535,3 dollar olub.

İyunun əvvəlində qaz kotirovkaları maksimum 613,4 dollaradək yüksəlib. Ən aşağı qiymət isə 25 iyun tarixində – 470,8 dollar səviyyəsində qeydə alınıb. Qiymətlərin enməsi Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı xəbərlər, həmçinin 18 iyun tarixində ABŞ və İran arasında Yaxın Şərqdə münaqişənin başa çatdırılması ilə bağlı memorandumun imzalanmasından sonra sürətlənib.

Qeyd edək ki, may ayında Avropada qazın orta birja qiyməti Yaxın Şərqdə gərginliyin təsiri ilə aprel ayı ilə müqayisədə 5% artaraq hər min kubmetr üçün 570,4 ABŞ dollarına yüksəlmişdi.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Oxşar xəbərlər

Avropada iyun ayında təbii qazın qiyməti artıb, ABŞ-da isə azalıb
Avropada təbii qazın qiyməti artıb
Avropada yanvarda təbii qaz 6%-ə yaxın bahalaşıb
Avropa və ABŞ-da bu il təbii qaz kəskin bahalaşıb
Avropada təbii qazın qiyməti 410 dolları ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər