sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Hizbullah" Livanın cənubunda İsrail hərbçilərinə qarşı kamikadze dronlardan istifadə edib
İsrail Müdafiə Ordusu qüvvələri Livanın cənubunda iki şübhəli hava hədəfini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə ordunun məlumatında bildirilib.
"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda ordunun hərbçilərinin fəaliyyət göstərdiyi ərazidə aşkar edilən iki şübhəli hava hədəfini ələ keçirib", - məlumatda qeyd olunub.
Mətbuat xidmətindən həmçinin bildirilib ki, Livanın cənubunda İsrail hərbçiləri "Hizbullah" hərəkatı tərəfindən bir neçə kamikadze dronunun buraxıldığını qeydə alıblar. Pilotsuz uçuş aparatları İsrail Müdafiə Ordusunun hərbçilərinin fəaliyyət göstərdiyi ərazinin yaxınlığında partlayıb.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silah anbarlarını məhv edib
İsrail Livanın cənubunda “Hizbullah”ın səhra komandirini öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
