KİV: İran ordusu genişmiqyaslı təlimlərə başlayıb
İran raket birləşmələrinin taktiki yerdəyişməsinə və orduda genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rəsmi Tehranın bu addımı HAMAS lideri İsmail Haniyə və “Hizbullah”ın yüksək rütbəli rəsmisi Fuad Şükrün qətlinə görə qisas almaq məqsədilə atdığı bildirilib. Yazıda bildirilir ki, ABŞ Administrasiyası da “Hizbullah”ın da cəlb olunacağı mümkün hücuma qarşı cavab tədbirlərini nəzərdən keçirir.
ABŞ prezidenti Co Baydenə gəlincə, o vəziyyət gərginləşərsə regiona “F-22” qırıcıları və xüsusi aviasiya qruplarını göndərməklə bağlı qərar verib.
Qeyd edək ki, ABŞ kəşfiyyatından sızan xəbərlərə görə, hazırda gizli kanallar vasitəsilə İranın İsrailə hücumu edəcəyi tarix dəqiqləşdirilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
