İsrail Ordusu Qəzzada “təhlükəsiz marşrutlar” təşkil edir - YENİLƏNİB
İsrail Müdafiə Qüvvələri (İDF) bazar günü elan edib ki, Qəzza zolağının sıx məskunlaşmış bölgələrində hər gün “yerli taktiki hərbi fasilələr” həyata keçiriləcək.
APA xəbər verir ki, ordunun açıqlamasına görə, bu fasilələr İDF-nin hazırda quru qoşunları ilə əməliyyat aparmadığı ərazilərdə – o cümlədən əl-Mavasi, Deyr əl-Bəlah və Qəzza şəhərində –hər gün saat 10:00-dan 20:00-dək qüvvədə olacaq və bu tədbirlər “əlavə xəbər verilənə qədər” davam edəcək.
Bu açıqlama bəzi ərəb ölkələrinin İsrailin icazəsi ilə Qəzzaya humanitar yardım göndərməyə yenidən başlaması fonunda verilib. Bu addım bölgədə genişlənən aclıq təhlükəsinə dair narahatlıqların artdığı bir dövrdə atılıb.
Ordu bildirib ki, bu qərarın məqsədi Qəzza zolağına daxil olan humanitar yardımın miqyasını artırmaqdır. Həmçinin qeyd olunub ki, bu qərar Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlarla razılaşdırılıb.
Bundan əlavə, İDF qeyd edib ki, saat 06:00-dan 23:00-dək BMT və humanitar yardım təşkilatlarının ərzaq və dərman çatdırmaq və paylamaq üçün təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verəcək “təhlükəsiz marşrutlar” ayrılacaq.
***
09:12
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə hərbi fəaliyyətin “yerli taktiki fasiləsi”ni həyata keçirəcəyini elan edib.
APA xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu fasilə hər gün saat 10:00-dan 20:00-a qədər davam edəcək.
Ordu bildirib ki, bu “fasilə” İsrail Müdafiə Qüvvələrinin hazırda quru qoşunları ilə fəaliyyət göstərmədiyi bölgələrdə, o cümlədən əl-Mavasi, Deyr əl-Bəla və Qəzza şəhərində həyata keçiriləcək və “ikinci xəbərdarlığa qədər hər gün” davam edəcək.
Bundan əlavə, ordu saat 06:00-dan 23:00-a qədər “BMT və humanitar yardım təşkilatlarının ərzaq və dərman çatdırmaq və paylamaq üçün Qəzza zolağında təhlükəsiz keçidlərini təmin etmək məqsədilə” xüsusi “təhlükəsiz marşrutlar” təyin edəcəyini qeyd edib.


width="220" alt="İsrail Ordusu Qəzzada bəzi ərazilərdə gündəlik 10 saatlıq humanitar fasilələr elan edir" />
width="220" alt="İsrail ordusu Qəzza sakinləri üçün havadan humanitar yardım atıb - YENİLƏNİB" />
width="220" alt="İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb" />
width="220" alt="Qətərin Baş naziri: Qəzza ilə bağlı danışıqlar dalana dirənib" />
width="220" alt="İsrail Qəzzaya humanitar yardımın hava yolu ilə çatdırılmasını bərpa edəcək" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />