Ərdoğan: Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlər arasındakı münasibətlərdən fərqlidir. Biz Azərbaycana təkcə dostluqla deyil, həm də qardaşlıqla bağlıyıq.
Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bu mənada “İki dövlət, bir millət” şüarı sıradan bir ifadə deyil.
“O, dərin mənaları ehtiva edir və konkret qarşılığı var. Biz bunu tarix boyu dəfələrlə sübut etmişik. Ona görə də bu bölgədə baş verən hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh və əmin-amanlıq hamıya fayda verəcək. Azərbaycan və Ermənistan arasında sülh prosesinin diplomatik çərçivəsi də tamamlanıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlarda sülh sazişinin yekun mətni ilə bağlı razılıq əldə olunub. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir. Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, bizim üçün, İran və digər ölkələr üçün bir fürsətdir”.
Oxşar xəbərlər
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Ərdoğan ABŞ-a səfər edə bilər
Ərdoğan: Türkiyə bütün regionda sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə edir
Ərdoğan: Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyirik
Ərdoğan: Trampla dostluğumuzu davam etdirmək bizim üçün çox vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













