Ərdoğan: Azərbaycan və Rusiya problemin öhdəsindən gəlmək səviyyəsinə malik dost ölkələrdir
Azərbaycan və Rusiya problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malik ölkələrdir.
"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Hər iki dost ölkə problemin öhdəsindən gələcək anlayış səviyyəsinə malikdir. Prezident İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır. O bu məsələnin ardınca getməyin və bunun qızışdırılmasının tərəfdarı deyil", - Türkiyə lideri əlavə edib.
Türkiyə Prezidenti baş verənləri yaxından izlədiklərini və hər iki ölkəni mülayim olmağa çağırdıqlarını da əlavə edib:
"Diplomatik gərginliyi azaldacaq bəyanatlarla məsələnin daha asan və əsaslı şəkildə həll olunacağına inanırıq. Ümid edirəm ki, iki ölkə arasındakı neqativ hallar ən qısa zamanda sona çatacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər
Ərdoğan İlham Əliyevlə danışdı
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”
Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












