Çin BMT Təhlükəsizlik Şurasından dərhal atəşkəs çağırışı ilə bağlı qətnamə qəbul etməsini gözləyir
sizinxeber.az xəbər saytı

Çin BMT Təhlükəsizlik Şurasından dərhal atəşkəs çağırışı ilə bağlı qətnamə qəbul etməsini gözləyir


Çin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İrana qarşı hücumlarını pisləyən və dərhal, qeyd-şərtsiz atəşkəsə çağıran qətnamə layihəsinin qəbul ediləcəyinə ümid edir.

APA xəbər verir ki, bu barədə BMT-dəki fövqəladə iclas zamanı Çinin təşkilatdakı daimi nümayəndəsi Fu Tsun çıxışında bildirib.

“Çin ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumlarını qətiyyətlə pisləyir,” – deyə Fu Tsun vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın bu addımları BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququ, eləcə də İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur.

Çinli diplomat bildirib ki, bu hücumlar Yaxın Şərqdə gərginliyi daha da artırıb və beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ciddi zərbə vurub.

“Pekin dərhal atəşkəsə və bütün silahlı toqquşmaların dayandırılmasına çağırır. Biz əminik ki, Yaxın Şərqdə sülh güc tətbiqi ilə əldə oluna bilməz,” – deyə Fu Tsun qeyd edib.

Oxşar xəbərlər

İran Həniyyənin qətli ilə bağlı BMT TŞ-nın təcili iclasını çağırıb
Nebenzya: Vaşinqtonu nə radiasiya riski, nə də mülki şəxslərin həyatı maraqlandırır
İran XİN: AEBA-nın anti-İran qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək
Rəsmi Moskva: İsrailin İrana qarşı zərbələri onun üçün daha ciddi təhdidlərlə nəticələnə bilər
Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər