sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İran XİN: AEBA-nın anti-İran qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İrana qarşı qəbul etdiyi tənqidi məzmunlu qətnamə Tehranla Vaşinqton arasında nüvə danışıqlarını çətinləşdirə bilər.
APA "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
“Danışıqlar AEBA-nın qəbul etdiyi qətnamə ilə kölgələnəcək və bu, prosesi çətinləşdirəcək. Amma biz İranın nüvə sahəsindəki hüquq və nailiyyətlərini müdafiə etmək niyyətindəyik”, – iranlı diplomat bildirib.
Qeyd edək ki, bir müddət öncə AEBA-nın İdarə Heyəti İranın nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozduğunu iddia edən qətnaməni qəbul edib.
Rusiya, Çin və Burkina-Faso bu sənədin əleyhinə səs verib.
Oxşar xəbərlər
AEBA İranın nüvə fəaliyyətlərinə dair qətnamə qəbul edib
İran əleyhinə qətnamə qəbul ediləcəyi təqdirdə Tehran AEBA ilə əməkdaşlığı azaldacaq
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb
Pezeşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək
İran XİN: AEBA-nın Zəmanətlər Sazişi üzrə öhdəliklərinə hər zaman sadiq qalmışıq - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













