İran İsrailə raket hücumuna başlayıb - VİDEO - YENİLƏNİB2
İran İsrail ərazisinə ikinci raket dalğasını başladıb.
APA xəbər verir ki, İranın IRNA agentliyi raketlərin İsrailə doğru hərəkət etdiyini yazıb.
İsrail ordusu da İrandan yeni raket dalğasının yaxınlaşdığı ilə bağlı məlumat yayıb.
Qeyd olunur ki, İran İsrailə qarşı əməliyyatın adını “Ağır cəza” qoyub.
***
22:31
Təl-Əvivdə partlayışlar baş verib.
APA xəbər verir ki, yerli mətbuat İran raketlərinin şəhərin bəzi bölgələrinə düşdüyü və partlayışların baş verdiyi haqda məlumat yayıb.
İsrail mediası həmçinin hədəflərdən birinin İsrailin Müdafiə Nazirliyi olduğunu bildirib.
Məlumata görə İran tərəfindən atılan ballistik raketlərinin düşməsindən sonra İsrailin Müdafiə Nazirliyinin qərargahının yaxınlığında yanğın baş verib.
"İran ordusu İran ərazisinə zərbələrə cavab olaraq İsrailə qarşı əməliyyat keçirməyə başladı", - deyə İran televiziyası bildirib.
***
22:10
İran İsrailə raket hücumuna başlayıb.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilib ki, İran İsrailə cavab zərbəsi endirir.
İrandan İsrailə doğru 100-dən çox ballistik raket atılıb. Raketlərin artıq paytaxt Tel əvivə çatdığı bildirilir.
Oxşar xəbərlər
İrandan İsrailə 400-ə yaxın raket atılıb - VİDEO - YENİLƏNİB-1
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
İsrail ordusu: İran buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb
İran İsrailə yüzlərlə ballistik raket buraxdığını bildirib – YENİLƏNİB
NYT: İran İsrailə 185 PUA və 146 raket atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













